Haqqımızda

“Mirlexs” şirkəti olaraq biznesin səmərəliliyinin artırılmasına yönəldilmiş idarə etmə və konsaltinq xidmətləri göstəririk. Geniş təcrübəyə yiyələnmiş ixtisaslı mütəxəssislər müxtəlif mürəkkəblik səviyyəsinə malik problemlərin operativ və effektiv həll yollarını təqdim edirlər. Yüksək işgüzar nüfuzun qorunub saxlanılması və müasir biznes texnologiyalarının istifadəsi şirkətin fəaliyyətində əsas prioritetlərdəndir.


Azərbaycan

Qədim zamanlardan bəri dünyanın əsas ticarət yolları Azərbaycandan keçmişdir – ilk yollar qədim Misir və Romadan tapılmış eksponatların da sübut etdiyi kimi bizim eradan əvvəl V əsrdə tikilmişdi.

Qısa müddət ərzində Azərbaycan iqtisadi baxımdan sürətli inkişaf edən ölkəyə çevrilmiş və qlobal sərmayədarların diqqət mərkəzində olmağı bacarmışdır. Nüfuzlu beynəlxalq təşkilatlar Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması üçün həyata keçirilən islahatları yüksək qiymətləndirir.

Siyasi stabillik və dövlətin inkişaf dinamikası xarici sərmayədarların Azərbaycan iqtisadiyyatına uzunmüddətli sərmayələr qoymaq marağını artırır.

Ölkənin dünya səhnəsində iqtisadi uğurlarını göstərən ən yaxşı sübut kimi 2013-2014-cü illər üçün Dünya iqtisadi Forumunun (WEF) tərtib etdiyi dünya iqtisadiyyatının rəqabət reytinqində Azərbaycanın aparıcı mövqeyini göstərmək olar.

Ünvan: Bakı, Azərbaycan Port Baku Towers

T: (+994) 12 599 11 39

F: ( +994) 12 599 11 40

E: info@mirlex.az